BAKI, TurkicWorld, Orxan Qədirzadə
İordaniyanın hava qüvvələrinin gücləndirilməsi məqsədilə 39 ədəd F-16 döyüş təyyarəsi almağı planlaşdırdığı bildirilir.
TurkicWorld xəbər verir ki, beynəlxalq müdafiə mənbələrinə görə, dəyəri təxminən 1 milyard avroya çata biləcək bu alış ölkənin hərbi potensialını artırmağa yönəlib. Bu addım İordaniyanın mövcud aviasiya parkını yeniləmək və əməliyyat imkanlarını genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Məlumata əsasən, çoxməqsədli istifadə imkanları və yüksək manevr qabiliyyəti ilə seçilən F-16 platformasının seçilməsi İordaniyanın həm müdafiə, həm də hücum qabiliyyətlərini gücləndirməyə xidmət edəcək.







