BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər İran tərəfindən İordaniya, Küveyt və Bəhreynə qarşı həyata keçirildiyi bildirilən raket və pilotsuz uçuş aparatı hücumlarını qınayıb.
TurkicWorld xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada bu hücumları regional suverenliyin və beynəlxalq hüququn “açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Açıqlamada bütün tərəflərə gərginliyi azaltmaq və diplomatik dialoqa qayıtmaq çağırışı edilib.
Qətər Xarici İşlər Nazirliyi Körfəz regionunun “əsassız hücumlardan” qorunmasının və mövcud razılaşmalar çərçivəsində əldə olunan irəliləyişlərin saxlanılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, Qətər qonşu ölkələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyəcək.
Doha rəhbərliyi regionda sabitliyin qorunmasının və hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınmasının əsas prioritet olduğunu qeyd edib.







