BAKI,TurkicWorld,Yusif Şərifzadə
İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanında İran tərəfindən buraxıldığı bildirilən 8 raketin qarşısının alındığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin məlumatına görə, raket təhlükəsi ilə bağlı ölkə ərazisində xəbərdarlıq siqnalları işə düşüb.
Açıqlamada bildirilib ki, hava hücumundan müdafiə sistemləri tərəfindən 8 raket ələ keçirilib və məhv edilib.
İordaniya tərəfi qeyd edib ki, raket qalıqlarının düşməsi nəticəsində heç bir insan itkisi və maddi zərər qeydə alınmayıb.
Ölkə rəsmiləri əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.







