Son dəqiqə

İran ABŞ Küveyt Qətər Bəhreyn İordaniya Körfəz ölkələri Raket hücumu pilotsuz uçuş aparatı

ABŞ hərbi bazaları İran-Körfəz gərginliyində hansı rolu oynayır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın ABŞ-nin zərbələrinə cavab olaraq həyata keçirdiyi bildirilən hücumların Körfəz regionunda davam etdiyi açıqlanıb.

TurkicWorld xəbər verir ki, müxtəlif bölgələrdə hava hücumu xəbərdarlığı siqnallarının verildiyi bildirilib. İordaniyada da bir sıra ərazilərdə xəbərdarlıq sistemlərinin işə düşdüyü qeyd olunub.

Küveyt Xarici İşlər Nazirliyinin məlumatına görə, səhər saatlarından etibarən ölkənin hava məkanında üç ballistik raket, bir qanadlı raket və 10 pilotsuz uçuş aparatı aşkarlanıb.

Açıqlamada bildirilib ki, həmin hücumların qarşısı alınıb. Lakin müdafiə tədbirləri zamanı raket qalıqlarının düşməsi nəticəsində bir nəfərin yaralandığı qeyd olunub.

Bəhreyn və Qətərdə də oxşar hadisələrin baş verdiyi bildirilib. Qətərdə gecə saatlarında təhlükə səviyyəsi artırılıb və sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib. Daha sonra təhlükənin aradan qaldırıldığı barədə ikinci bildiriş yayımlanıb.

İran Körfəz ölkələrinə qarşı hücumlarını həmin ölkələrdə ABŞ hərbi bazalarının yerləşməsi ilə əsaslandırır. Tehran hesab edir ki, bu bazalar Vaşinqtonun İrana qarşı əməliyyatlarında istifadə olunur.

Lakin Körfəz ölkələri bu iddiaları rədd edir. Qətər rəsmiləri ölkə ərazisində yerləşən hərbi bazaların İrana qarşı hücumlarda iştirak etmədiyini bildirərək tərəfləri dialoqa çağırıblar.

Mövzuya görə xəbərlər