BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyada yerləşən Əzraq hərbi bazasına 10 ballistik raket buraxıldığını bildirib.
TurkicWorld xəbər verir ki, SEPAH-ın açıqlamasına əsasən, raket zərbəsinin əsas hədəfi ABŞ-nin komanda və idarəetmə mərkəzi olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin İrana qarşı hücumlarını davam etdirməsi halında Yaxın Şərqdə yerləşən digər ABŞ hərbi bazalarının da hədəf alınacağını açıqlayıb.
SEPAH bəyan edib ki, ABŞ-nin bölgədəki hərbi obyektləri yeni hücumların davam edəcəyi təqdirdə təhlükəsizlik baxımından risk altında olacaq.
İordaniya daha əvvəl İran tərəfindən buraxıldığı bildirilən səkkiz raketin ölkənin hava məkanında məhv edildiyini açıqlamışdı. İordaniya Silahlı Qüvvələri hadisə nəticəsində ölən və yaralanan olmadığını, hər hansı maddi zərərin qeydə alınmadığını bildirib.







