Son dəqiqə

Azərbaycan Slovakiya Peter Pelleqrini

Azərbaycan və Slovakiya arasında əməkdaşlıq konkret layihələrə çevrilir - Slovakiya Prezidenti

BAKI,TurkicWorld

Azərbaycan və Slovakiya arasında əməkdaşlıq boş bəyanatlar deyil, bu əlaqələr konkret layihələrə çevrilir.

Bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Prezident İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

"Mən əvvəlki müxtəlif vəzifələrdə işləyən zaman Azərbaycanda səfərdə olmuşam. Burada sözlərimi onunla yekunlaşdırmaq istərdim ki, hər zaman Azərbaycandan qayıdandan sonra mənim işlərim daha yaxşı gedib və vəzifəm artıb. Ona görə buna görə də sizə xüsusi təşəkkürümü bildirirəm", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər