Son dəqiqə

İran ABŞ ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzi (NCTC) Co Kent (Joe Kent)

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent istefa verib: "İranla müharibəni dəstəkləmirəm"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent (Joe Kent) ölkəsinin İranla davam edən müharibəsinə etiraz olaraq vəzifəsindən istefa verdiyini elan edib.

TurkicWorld xəbər verir ki, Kent rəsmi istefa məktubunu sosial media hesabında paylaşaraq, ABŞ-İsrail koalisiyasının İrana hücumlarını "vicdanən dəstəkləyə bilməyəcəyini" vurğulayıb.

Keçmiş hərbçi olan və həyat yoldaşını İŞİD-lə mübarizədə itirən Co Kent Prezident Trampa ünvanladığı məktubda kəskin ittihamlarla çıxış edib. O bildirib ki, İran ABŞ üçün birbaşa təhlükə yaratmır və Vaşinqton "İsrailin və güclü Amerika lobbisinin təzyiqi ilə" bu müharibəyə sürüklənib. Kentin sözlərinə görə, yüksək rütbəli İsrail rəsmiləri və Amerika mediası dezinformasiya kampaniyası apararaq Trampın "Öncə Amerika" platformasını sarsıdıblar.

"Bu, israillilərin bizi minlərlə gəncin həyatı bahasına başa gələn fəlakətli İraq müharibəsinə sürükləmək üçün istifadə etdikləri eyni taktikadır", - deyə Kent qeyd edib. O, ölkənin gələcək nəslini Amerika xalqına heç bir faydası olmayan müharibədə ölməyə göndərməyəcəyini bildirərək, Prezidenti kursu dəyişməyə çağırıb. Bu istefa, Tramp administrasiyasının İran siyasətinə qarşı kəşfiyyat və təhlükəsizlik dairələrindən gələn ən ciddi etirazlardan biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər