Son dəqiqə

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu Almatı İdarəetmə Universiteti (AlmaU)

Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası

BAKI, TurkicWorld, Orxan Qədirzadə

16 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər.
Görüş zamanı tərəflər arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və təbliği istiqamətində ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də innovasiya və sahibkarlıq sahəsində təcrübə paylaşımı məsələləri müzakirə olunub.

Fondun prezidenti professor Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən beynəlxalq layihələr və nəşr proqramları barədə ətraflı məlumat verərək, bu kimi əməkdaşlıqların türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Öz növbəsində, doktor Assılbek Kojaxmetov AlmaU İdarəetmə Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi, innovativ təhsil modelləri və həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim edib, Fond ilə gələcək birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər