BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ, İran və Pakistan rəsmiləri ABŞ–İran anlaşma memorandumu üzrə danışıqların davam etdiyini və prosesin irəlilədiyini təsdiqləsələr də, imzalanma vaxtı ilə bağlı fərqli mövqelər ortaya qoyublar.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında razılaşmanın “sabah imzalanmasının planlaşdırıldığını” bildirib və sənədin yaxın zamanda yekunlaşacağını qeyd edib.
Pakistanın baş naziri Şahbaz Şərif isə daha əvvəl verdiyi açıqlamada razılaşmanın 24 saat ərzində yekunlaşmasının gözlənildiyini deyib. Daha sonrakı bəyanatında isə o, sənədin “imzalanmağa hazır olduğunu” və çox qısa müddətdə final mərhələyə keçə biləcəyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə razılaşmanın bazar günü imzalanmayacağını bildirib, lakin yaxın günlərdə razılığın əldə olunma ehtimalını istisna etməyib.







