BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusunun Livanın cənub bölgəsində yerləşən Blat şəhərini bombaladığı bildirilir.
TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına əsasən, Marjayun bölgəsində yerləşən Blat şəhəri hava zərbəsinə məruz qalıb.
Eyni vaxtda İsrail hərbi təyyarələrinin Ain bölgəsində yerləşən Xirbet Selm qəsəbəsinə hava hücumu həyata keçirdiyi, Bayt əl-Sayyad ərazisinə isə pilotsuz uçuş aparatı ilə zərbə endirildiyi qeyd olunur.
Məlumata görə, Sur bölgəsində yerləşən Şahur qəsəbəsi artilleriya atəşinə tutulub, Bint Cbeyl rayonunda Burc Qalaviya və Sayda bölgəsində Zrariyə şəhəri də hava hücumları ilə hədəf alınıb.







