BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın cənubunda İsrailə məxsus pilotsuz uçuş aparatlarının bir neçə yaşayış məntəqəsinə zərbələr endirdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, bölgədə fəaliyyət göstərən yerli mənbələrin məlumatına əsasən, İsrail dronları Əl-Məcadil və Əl-Kəvthariyə əs-Səidə şəhərlərinə hücumlar həyata keçirib.
“Hizbullah” isə açıqlamasında İsrailə məxsus “Hermes 450” tipli pilotsuz uçuş aparatını İqlim ət-Tuffah bölgəsi üzərində ələ keçirmək məqsədilə hava-qarşı hava raketi ilə vurduğunu bildirib.
Qruplaşma həmçinin Cədidə Meys əl-Cəbəl ərazisində İsrail hərbi texnikasının toplandığı mövqelərə raket zərbələri endirdiyini və Yəhmur əş-Şəqif yaxınlığında yerləşən İsrail komanda mərkəzini “dalğıc dronu” vasitəsilə hədəf aldığını açıqlayıb.
İsrail ordusu isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.







