Son dəqiqə

UNESCO Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu

Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair Strateji Görüş Keçirilib

BAKI,TurkicWorld

1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo ilə ikitərəfli rəsmi görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş qlobal səviyyədə türk mədəni və təbii irsinin qorunması, öyrənilməsi və beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova UNESCO-ya əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması məqsədilə - təcrübə mübadiləsi, institusional əməkdaşlıq və rəqəmsal texnologiyalar sahələrini əhatələyən bir sıra strateji təkliflər təqdim edib.

UNESCO rəsmisi Lazare Eloundou Assomo öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal irsin qorunması istiqamətindəki fəal rolunu və beynəlxalq konvensiyaların hədəflərinə verdiyi praktiki töhfələri yüksək qiymətləndirib. O, təqdim olunan yeni təşəbbüslərin aparılmasında maraqlı olduqlarını ifadə edib.

Görüş, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi naminə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.

Mövzuya görə xəbərlər