BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı İranla mümkün razılaşmanın dayanıqlı və uzunmüddətli sülh təmin etməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Baş nazirin ofisinin yaydığı açıqlamada bildirilib ki, Böyük Britaniya istənilən sülh sazişinin icrasına dəstək verməyə hazırdır və beynəlxalq tərəfdaşlarla birlikdə prosesin uğurlu nəticələnməsi üçün əməkdaşlıq edəcək.
Məlumata əsasən, tərəflər həmçinin dənizdə sərbəst hərəkətin bərpasının qlobal iqtisadi təsirlərin azaldılması baxımından mühüm olduğunu qəbul ediblər.
Açıqlamada qeyd olunub ki, London və Vaşinqton gələcək mərhələdə də yaxın əlaqələri davam etdirəcək və proseslə bağlı mütəmadi koordinasiya aparacaq.







