BAKI, TurkicWorld
Özbəkistan İran əhalisinə humanitar yardım göndərib.
TurkicWorld xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlardan ibarət humanitar yük İran tərəfinə təhvil verilib.
Bildirilib ki, yardım paketinə un, düyü, şəkər, makaron, günəbaxan yağı, konserv məhsulları ilə yanaşı, müxtəlif dərman vasitələri və tibbi avadanlıqlar daxildir.
Humanitar yardımın təqdimetmə mərasimində İranın Dərgəz şəhərinin meri Müctəba Bəzmara, Xorasan-Rəzəvi vilayətində Xarici İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, nazir müşaviri Əli Məsumifər və İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbəhani iştirak ediblər.
Tədbir zamanı İran rəsmiləri Özbəkistan prezidentinə göstərilən humanitar dəstəyə görə təşəkkürlərini ifadə edərək, bu addımın iki ölkə arasında dostluq və qarşılıqlı dəstək ənənələrinin göstəricisi olduğunu bildiriblər.






