Son dəqiqə

Donald Tramp Nüvə proqramları Nüvə sualtı bazası İran və ABŞ arasında dolayısı danışıqlar Tramp İran nüvə razılaşması İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi nüvə təhlükəsi Abbas Əraqçi ABŞ və İsrailin İran gərginliyi

İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

BAKI, TurkicWorld , Nailə Babazadə

İranın xarici işlər naziri Abbas Əraqçi nüvə məsələsinin həlli üçün ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını bildirib.

TurkicWorld xəbər verir ki, Əraqçi bu barədə “Al Jazeera” telekanalına verdiyi müsahibədə danışıb. O, iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ prezidenti Donald Trampa “sülh yolu ilə həll üçün güclü diplomatiya” çağırışı etdiyini qeyd edib.

Nazir bildirib ki, tərəflər bir-birinin hüquqlarına hörmətlə yanaşarsa və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, nüvə məsələsinin dinc yolla həlli mümkündür.

İranın nüvə obyektlərinə hücumların ciddi ziyan vurduğunu etiraf edən Əraqçi, buna baxmayaraq, ölkənin nüvə proqramının əsasını təşkil edən bilik və texnologiyanın məhv edilə bilmədiyini vurğulayıb. Onun sözlərinə görə, nüvə texnologiyası idxal olunan deyil, iranlı alimlərin məhsuludur və yenidən bərpa edilə bilər.

Əraqçi müharibənin nəticəni dəyişməyəcəyini bildirərək qeyd edib ki, mümkün hərbi qarşıdurma halında ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi Amerika hərbi bazalarının və obyektlərinin də hədəfə alınmasına səbəb ola bilər.

İranın xarici işlər naziri ABŞ prezidentinə müraciət edərək diplomatiyaya və danışıqlar yolu ilə həll variantına qayıtmağı tövsiyə edib.

Mövzuya görə xəbərlər