Son dəqiqə

ABŞ Kanada Dünya çempionatı futbol Meksika Donald Tramp FİFA

Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Futbol üzrə Dünya Çempionatı – FIFA 2026-nın püşkatma mərasimində iştirak edən ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun adını dəyişdirmək çağırışı ilə çıxış edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Məgər sokker (ABŞ-də futbol “sokker” adlanır – red) əslində elə futbol adlandırılmalı deyilmi? Bu elə əsl futboldur, buna heç bir şübhə yoxdur. Biz gərək Amerika futboluna təzə at axtarıb-tapaq. Çünki bu ad, bir qədər düşünsəz, mənasızdır”, - deyə Tramp bildirib.

Qeyd edək ki, dünyanın ən mötəbər idman yarışına - FIFA 2026-ya 3 ölkə - ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Çempionat iyunun 11-də start götürəcək.

Mövzuya görə xəbərlər