Son dəqiqə

İsrail Beynəlxalq Qırmızı Xaç Komitəsi HƏMAS Qəssam Briqadaları İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Fələstin-İsrail iki dövlətli həll HƏMAS əsir razılaşması əsirlərin azad edilməsi səyləri Amerika–İsrail Qəzza atəşkəsi Koordinasiya Mərkəzi

HƏMAS daha bir İsrail girovunun qalıqlarını BQXK-yə təhvil verəcək

BAKI,TurkicWorld

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında israilli girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

"[İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi] müqaviləsi çərçivəsində bu gün Əl-Şucaiyyə rayonunda aşkar edilən girovların qalıqlarını [tibb] işçilərinə təhvil vermək qərarına gəldik", - deyə bildirilib.

Qeyd edilib ki, Qırmızı Xaç Komitəsi Qəzzadakı cəsədi "yerli vaxtla təxminən saat 21:00" təhvil alacaq.

Mövzuya görə xəbərlər