Son dəqiqə

ABŞ Bəhreyn İŞİD Donald Tramp Vaşinqton Əhməd Əl-Şaraa İsrail Suriya hücumu Tomas Barak Türkiyə ABŞ Suriya mövzusunda əməkdaşlıq

Əş-Şaraa Vaşinqtona səfər edəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şaraa 10 noyabr tarixində Vaşinqtona səfər edəcək və Ağ Evə rəsmi ziyarət həyata keçirən ilk Suriya dövlət başçısı olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Bəhreynin paytaxtı Manamada “Axios” nəşrinə verdiyi müsahibədə bildirib.

Barak bildirib ki, əş-Şaraanın ABŞ Prezidenti Donald Tramp ilə planlaşdırılan görüşündə və səfər çərçivəsində tərəflərin təhlükəsizlik və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Diplomat həmçinin qeyd edib ki, əş-Şaraa administrasiyası ilə İŞİD-ə qarşı beynəlxalq koalisiyaya Suriya tərəfinin qoşulmasına dair birgə anlaşma sənədinin imzalanması üzərində iş aparılır.

Barakın sözlərinə görə, əş-Şaraa Vaşinqton səfəri zamanı Suriya və İsrail arasında aparılan danışıqların beşinci raundu da keçiriləcək. ABŞ administrasiyası ilin sonunadək iki ölkə arasında təhlükəsizlik anlaşmasının formalaşdırılmasına nail olmağı hədəfləyir.

Mövzuya görə xəbərlər