Son dəqiqə

İsrail HƏMAS Trampın fərmanları Trampın siyasətinə tənqidlər Tramp administrasiyası Trampın iqtisadi təsirləri HƏMAS İsrail hücumu

İsrail və HƏMAS Qəzza ilə bağlı razılığa gəlməsinə yaxındırlar - Tramp

Bakı, TurkicWorld

İsrail və Qəzza zolağında HƏMAS hərəkatı arasında Amerika və ərəb vasitəçilərinin köməyi ilə Misirdə aparılan danışıqlarda və Yaxın Şərqdə sülhün əldə olunmasında irəliləyiş var.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Düşünürəm ki, Qəzzədəki vəziyyətdən kənarda belə, Yaxın Şərqdə sülhə nail olmaq şansımız var. Biz girovların dərhal azad edilməsini və s. istəyirik", - deyə o qeyd edib.

Tramp qeyd edib ki, tərəflər "Yaxın Şərqə sülh gətirəcək razılaşmaya (...) çox yaxındırlar".

"Hər kəsin buna əməl etməsi üçün əlimizdən gələni edəcəyik", - deyə ABŞ prezidenti əlavə edib.

Mövzuya görə xəbərlər