Son dəqiqə

İsrail Malayziya Kuala-Lumpur Qəzza zolağı Yaxın Şərq Starbucks boykot dalğası İsrail və Qəzza münaqişəsi

Malayziyada Starbucks boykotu - satışlar aşağı düşüb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Starbucks-ın Malayziyadakı satışları, İsrailin Qəzzaya hücumlarına qarşı etirazlar və boykotlar səbəbindən keçən illə müqayisədə 36% azalıb.

TurkicWorld xəbər verir ki, Starbucks brendini idarə edən Berjaya Food Berhad-ın rüblük maliyyə hesabatına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36% azalaraq 477 milyon rinqit (təxminən 69 milyon dollar) zərərə düşüb.

Hesabatda bu azalmanın “Yaxın Şərq münaqişəsi ilə bağlı mənfi əhval-ruhiyyə” ilə əlaqəli olduğu, bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir etdiyi qeyd edilib. Şirkət ölkədə aktivlərin silinməsi prosesi ilə üzləşib və 152.8 milyon rinqit dəyərində amortizasiya ayırması aparıb. X platformasında yayılan fikirlər, boykotların Starbucks-ın Malayziyadakı nüfuzuna ciddi ziyan vurduğunu və yerli kafelərin populyarlıq qazandığını göstərir.

Qeyd edək ki, Starbucks-ın qlobal satışları ardıcıl altıncı rübdür ki, azalır. Malayziyada 50-dən çox filialın müvəqqəti bağlanması və boykotların davam etməsi şirkətin uzunmüddətli zərərlə üzləşə biləcəyinə işarə edir.

Mövzuya görə xəbərlər