Son dəqiqə

ABŞ qeyri-qanuni miqrant miqrant əməliyyatı və miqrant qaçaqçılığı miqrasiya yoxlamaları və tədbirlər Miqrant qaçaqçılığı ilə mübarizə qlobal miqrasiya statistikası

ABŞ immiqrasiya siyasətini sərtləşdirir

BAKI, TurkicWorld

ABŞ qeyri-qanuni immiqrantlara və onları işə götürən şirkətlərə qarşı genişmiqyaslı tədbirlərə başlayır.

TurkicWorld xəbər verir ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ölkədə qeyri-qanuni yaşayan şəxslər və onların işəgötürənlərini hədəf alan yeni tədbirlər planını elan edib.

ICE direktoru vəzifəsini icra edən Todd Lyons bildirib ki, cinayət keçmişi olmayan şəxslər də daxil olmaqla, bütün icazəsiz immiqrantlar saxlanılacaq və müvafiq tədbirlər görüləcək.

Lyons CBS News-a verdiyi açıqlamada ICE-nin resurslarının qeyri-qanuni immiqrantlar və cinayət keçmişi olan şəxslərə yönəldiləcəyini vurğulayıb. O qeyd edib ki, iş yerlərində yoxlamalar davam etdiriləcək və qanunsuz işçi çalışdıran işəgötürənlər də məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, ICE-nin məlumatına görə, Donald Trampın prezidentliyi dövründə 150 min nəfər deportasiya edilib, onların 70 mini müxtəlif immiqrasiya və yol hərəkəti qaydalarını pozduğuna görə cinayətkar sayılıb.

Mövzuya görə xəbərlər