BAKI, TurkicWorld
Tramp və Zelenski görüşəcək- Gündəmdə Rusiya sanksiyaları və Ukraynaya silah tədarükü var.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Haaqada keçiriləcək NATO sammiti çərçivəsində görüşəcəklər.
Bu barədə Ukrayna Prezident Aparatındakı mənbələr məlumat verib.
Mənbənin Fransanın AFP agentliyinə verdiyi açıqlamaya görə, tərəflər görüşün detalları üzərində iş aparırlar və danışıqların günorta saatlarında keçirilməsi planlaşdırılır.
Görüşdə əsas müzakirə mövzularının Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və ABŞ-ın Ukraynaya hərbi yardım – xüsusilə silah tədarükünü davam etdirməsi ilə bağlı məsələlər olacağı gözlənilir.
Qeyd edək ki, bu görüş NATO sammiti fonunda Vaşinqton-Kiyev münasibətləri və Ukraynanın təhlükəsizlik ehtiyacları baxımından xüsusi əhəmiyyət daşıyır.






