Son dəqiqə

Hindistan yağışlar təbii fəlakət Leysan yağışları Təbii fəlakətlərin idarə edilməsi fırtına və daşqınlar

Musson yağışları Hindistanda fəlakətə səbəb olub

BAKI, TurkicWorld

Hindistanda daşqın nəticəsində 44 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, Hindistanın şimal-şərqində leysan yağışların yaratdığı daşqınlar nəticəsində azı 44 nəfər ölüb, 1500-dən çox kənd isə zərər görüb.

Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram ştatlarında yağan güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 14739 hektardan çox kənd təsərrüfatı sahəsi də zədələnib.

Qeyd edək ki, Hindistanın şimal-şərq bölgələri musson mövsümündə tez-tez güclü yağışlar və daşqınlarla üzləşir. Bu səbəbdən hər il yüzlərlə kənd təsərrüfatına, infrastruktur obyektlərinə və insan həyatına ciddi zərər dəyir.

Mövzuya görə xəbərlər