Son dəqiqə

Kanada meşə yanğınları fövqəladə vəziyyət elanı təxliyə xəbərdarlığı Kanadada meşə yanğınları Yanğın səbəbindən təxliyə

Kanadada yeni yanğın dalğası

BAKI,TurkicWorld

Kanadada meşə yanğınları təhlükəsi - Flin Flon şəhərinin sakinləri təxliyə edilib.

TurkicWorld xəbər verir ki, Kanadanın Manitoba əyalətində yerləşən və təxminən 5 min nəfərin yaşadığı Flin Flon şəhərinin sakinlərinə meşə yanğınlarının yaxınlaşması səbəbilə təxliyə əmri verilib.

Rəsmi göstərişə əsasən, sakinlərə şəxsi əşyalarını toplayaraq gecə yarısına qədər cənuba doğru şəhəri tərk etmələri bildirilib. Yanğınların bazar ertəsi qonşu Saskaçevan əyalətində başladığı və sürətlə yayılaraq Flin Flona doğru irəlilədiyi qeyd olunur.

Təhlükənin qarşısını almaq məqsədilə yerli hakimiyyət xüsusi qayğıya ehtiyacı olan vətəndaşları artıq xəstəxanalara yerləşdirib.

Qeyd edək ki, Kanadada meşə yanğınları mövsümü adətən may ayından sentyabr ayına qədər davam edir. 2023-cü ildə ölkədə rekord həddə çatan yanğınlar aylarla Şimali Amerikanın böyük bir hissəsini təhlükəli tüstü ilə örtmüşdü.

Mövzuya görə xəbərlər