BAKI,TurkicWorld
Kanada Avropa İttifaqı ilə "unikal ittifaq" yaratmaq niyyətindədir.
"CBC"nin məlumatına görə, bu barədə ölkənin Baş naziri Mark Karni bildirib.
"Bizim məqsədimiz və danışmağa başlayacağımız məsələ Avropa İttifaqı ilə unikal ittifaqdır. Biz eyni dəyərləri bölüşür, eyni prioritetlərə və bir-birini tamamlayan güclü tərəflərə malikik", - deyə Karni bildirib.
Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Ottava "Avropa İttifaqına üzv olmağa çalışmır".
Bundan əvvəl "Bloomberg" agentliyi Avropa İttifaqı və Kanadanın sentyabrın 16-da ticarət, müdafiə və texnologiyalar sahəsində strateji ittifaq yaradılmasını elan etməyi planlaşdırdığını bildirmişdi. Agentliyin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yeni tərəfdaşlıq planını Strasburqda təqdim edəcək.







