Son dəqiqə

Fransa Fələstin İsrail Böyük Britaniya Kanada İordan çayının qərb sahili İsrail yaşayış məntəqələri Ed Milibend

Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Böyük Britaniya xarici işlər naziri Ed Milibend Kanada və Fransanın qanunsuz İsrail yaşayış məntəqələrində istehsal olunan mallara qadağa tətbiq etmək təşəbbüsünə qoşulacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Milibend Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı Kanada və Fransanın Böyük Britaniya ilə birlikdə İsrailin qanunsuz yaşayış məntəqələrindən malların idxalına məhdudiyyət qoyacağını bildirib.

Xarici işlər naziri üç ölkənin bu məsələ ilə bağlı beynəlxalq koalisiyanın tərkibində olduğunu qeyd edib.

Böyük Britaniya, Kanada və Fransanın mövqeyi İsrailin işğal olunmuş İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi fonunda formalaşıb.

12 ölkənin birgə bəyanatında bildirilib ki, Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniya beynəlxalq hüquqa əsasən qanunsuz hesab edilən yaşayış məntəqələri ilə malların ticarətinə milli və ya Avropa səviyyəsində məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Bəyanata əsasən, bəzi ölkələr artıq belə məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir, digərləri isə milli prosedurlarına uyğun olaraq bu istiqamətdə əlavə tədbirlər hazırlayır.

Bu addım İsrail yaşayış məntəqələri ilə bağlı beynəlxalq təzyiqin artdığını göstərir. Ölkələrin yeni ticarət məhdudiyyətləri tətbiq etməsi İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxışına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər