Son dəqiqə

İsrail Təl-Əviv Uçuş təhlükəsizliyi Aviasiya sektoru İsrailə uçuşlar dayandırılır Təl-Əviv reysləri Aviaşirkətlərin qərarları İsrail hava məkanı təhlükəsi Beynəlxalq uçuş qadağası səyahət riskləri

Aviaşirkətlər İsrail uçuşlarını dayandırır

BAKI, TurkicWorld

İsrailə uçuşlar yenidən dayandırılıb - Aviaşirkətlər təhlükəsizlik risklərinə görə qərar verib.

TurkicWorld xəbər verir ki, beynəlxalq aviaşirkətlər İsrailin Təl-Əviv şəhərinə və oradan reyslərin dayandırılması qərarını növbəti dəfə uzadıb.

Bu addım, mayın 4-də Yəmənin Husi qruplaşması tərəfindən Ben Qurion hava limanı yaxınlığına raket atılmasından sonra təhlükəsizlik səbəbilə atılıb.

Həmas ilə atəşkəsə baxmayaraq, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını mart ayından bəri genişləndirməsi hava məkanını riskli vəziyyətə salıb.

Hazırda Təl-Əvivə uçuşlarını dayandıran aviaşirkətlər və yeni tarixlər belədir:

Air Baltic (Latviya): 2 iyuna qədər

KLM (Hollandiya): 30 maya qədər

Air India (Hindistan): 19 iyuna qədər

British Airways (Böyük Britaniya): 14 iyuna qədər

Iberia Express (İspaniya): 31 maya qədər

Etya (İtaliya): 15 iyuna qədər

LOT (Polşa): 31 maya qədər

Lufthansa Qrupu (Almaniya): 15 iyuna qədər

Ryanair (İrlandiya): 31 iyula qədər

United Airlines (ABŞ): 2 iyuna qədər təsir edə bilər

Qeyd edək ki, bu qərarlar bölgədəki müharibə şəraiti və hava limanlarının potensial hədəfə çevrilməsi fonunda sərnişin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Aviaşirkətlər vəziyyətin inkişafını izləyərək yeni qərarlar verəcəklərini bildiriblər.

Mövzuya görə xəbərlər