Son dəqiqə

Fələstin İsrail Şərqi Qüds Məscidül-Əqsaya basqın Məscidül-Əqsaya məhdudiyyətlər Şərqi Qüds işğalı İsrail radikal siyasət Məscidül-Əqsa təxribat

Smotriç Məscidül-Əqsa ilə bağlı planlarını açıq şəkildə elan edib

BAKI, TurkicWorld

İsrailin maliyyə naziri Smotriç Məscidül-Əqsa ilə bağlı təxribat xarakterli təkliflə çıxış edib.

TurkicWorld xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsanın yerində yəhudi məbədinin tikilməsini arzuladığını və bu məqsədlə maliyyə dəstəyini şəxsən təmin edəcəyini bəyan edib.

O, Köhnə Şəhərdəki Buraq divarında çıxışı zamanı bu fikirləri səsləndirib və "büdcə mənim üzərimdədir" deyə bildirib. İsraildə bəzi radikal qruplar “üçüncü məbəd” ideyasını irəli sürərək Əl-Əqsa kompleksinin yerinin dəyişdirilməsini tələb edirlər.

Qeyd edək ki, hər il İsrailin 1967-ci ildə Şərqi Qüdsü işğal etməsini qeyd edən fanatik qrupların “bayraq yürüşü” keçirilir. Bu yürüş zamanı ifrat sağçılar fələstinlilərin yaşadığı ərazilərdə təxribat törədir və zorakılıq halları baş verir. Beynəlxalq hüquqa görə, Şərqi Qüds işğal olunmuş ərazi hesab olunur.

Mövzuya görə xəbərlər