Bakı, TurkicWorld
Çilinin Araukaniya bölgəsindəki meşə yanğını səbəbindən 2 min insan təxliyyə edilib və yanğına çoxsaylı komanda havadan və qurudan müdaxilə edir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Çilinin Araukaniya bölgəsinin Traiguen şəhərindəki meşə yanğını nəticəsində 2000 nəfər təxliyə edilib və yanğın 1190 hektar ərazini məhv edib
Açıqlamaya görə, Traiguen şəhərində bütün məktəblər bağlanıb və çoxlu sayda komanda yanğınla mübarizə aparmaq üçün sahəyə göndərilib.
Cənubi Amerikanın bu ölkəsinin regional rəhbəri Patricio Amparan, güclü küləklərin yanğınla mübarizəni çətinləşdirdiyini və yanğının sürətlə yayıldığını bildirib.
Qeyd edək ki, yanğınla mübarizənin davam etdiyi və bölgənin təhlükəsizliyi üçün əhəmiyyətli tədbirlərin görüldüyü vurğulanıb.