Son dəqiqə

Türkiyə Səudiyyə Ərəbistanı yanğın

Səudiyyə Ərəbistanında Türk işçiləri yanaraq ölüb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda işçilərin yaşadığı binada baş verən yanğın nəticəsində 4 Türkiyə vətəndaşı həyatını itirib.

Yanğın Ər-Riyad şəhərinin Ən-Nəsim rayonunda yerləşən binanın dam mərtəbəsində baş verib. Dam mərtəbəsində yaşayan Türkiyə vətəndaşları alovun bürüdüyü mənzildə köməksiz vəziyyətdə qalıblar.

Hadisə nəticəsində Hatay vilayətindən olan Ali Şahin Elma, Sinan Çay, Erkan Bent və Salih Çakır həlak olublar.

Yanğın zamanı Misir vətəndaşı olan daha iki nəfərin də həyatını itirdiyi bildirilib.

Həlak olan Türkiyə vətəndaşlarının cənazələrinin yaxın günlərdə Hatay vilayətinin Samandağ rayonunda dəfn olunmasının planlaşdırıldığı qeyd edilib.

Mövzuya görə xəbərlər