Son dəqiqə

Fövqəladə Hallar Nazirliyi yanğın Dövlət Yanğından Mühafizə Xidməti Xırdalan yanğınsöndürənlər hadisə

Xırdalanda obyektdə yanğın olub (FOTO)

BAKI,TurkicWorld

Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində dəyən ziyan və yanğının başvermə səbəbi barədə hələlik məlumat verilməyib.

Mövzuya görə xəbərlər