Son dəqiqə

Suriya Müdafiə Nazirliyi partlayış hadisə Sarmada şəhəri Bürc ən-Nimra

Suriyada sursat anbarında partlayış - ölən və yaralılar var

BAKI,TurkicWorld

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində azı 3 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

Bu barədə "Al-Ikhbaria" telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir. Müdafiə Nazirliyinin məlumatına əsasən, partlayış İdlib əyalətinin şimalında, Sarmada şəhəri yaxınlığındakı Bürc ən-Nimra bölgəsində sonradan başqa yerə daşınmazdan əvvəl silahların toplanması üçün istifadə olunan müvəqqəti anbarda baş verib.

Hadisə nəticəsində nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

"Al-Ikhbaria" telekanalı hadisə yerində yanğının baş verdiyini, yanğınsöndürmə bölmələrinin alovu söndürməyə çalışdığını bildirib.

Mövzuya görə xəbərlər