Son dəqiqə

Müdafiə Nazirliyi

Zakir Həsənov ali hərbi rütbələr verilən zabitlərlə görüşüb

Bakı,TurkicWorld

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Prezidentin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Daha sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Ali hərbi rütbələr verilən zabitlər göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mövzuya görə xəbərlər