ABŞ Qəzza zolağı HƏMAS Doha ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff

Qəzzada atəşkəs təklifləri razılaşmanı pozmaq məqsədi daşıyır - HƏMAS

Bakı, TurkicWorld

HƏMAS Qəzza zolağında yeni atəşkəs təkliflərinin mövcud razılaşmanı pozmağa yönəldiyini bəyan edib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Hazem Qassim Telegram-da açıqlama verərək, vasitəçilərlə danışıqların Dohada davam etdiyini bildirib.

O, İsrailin atəşkəs razılaşmasının humanitar protokolunu yerinə yetirmədiyini vurğulayaraq, müharibəyə qayıtmaq istəmədiklərini, lakin hücumların yenidən başlaması halında özlərini müdafiə edəcəklərini qeyd edib.

İsrail mediası ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Dohada davam edən atəşkəs danışıqları çərçivəsində yeni təklif irəli sürdüyünü iddia edib.

Qeyd edək ki, HƏMAS atəşkəs razılaşmasının ikinci mərhələsinə keçmək, İsrailin bütün Qəzza zolağından və Filadelfiya dəhlizindən çəkilməsini təmin etmək niyyətində olduqlarını bildirir. Lakin İsrailin razılaşmanın şərtlərinə əməl etmədiyini iddia edən HƏMAS rəhbərliyi, vəziyyətin gərginliyini qoruduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər