Bakı, TurkicWorld
Rəsmi Vaşinqton Ukraynaya növbəti 500 milyon dollar həcmində hərbi yardım paketi ayırmağa hazırlaşır.
TurkicWorld-in məlumatına görə, bunu Pentaqon rəhbəri Lloyd Ostin Almaniyada, Ramştayn bazasında keçirilən Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə Qərb ölkələri qrupunun 25-ci iclası çərçivəsində deyib.
"Bu gün mən 500 milyon dollar həcmində daha bir paketin ayrılmasını elan edəcəyəm. Paketə zenit raketləri, silah-sursat, hava-yer tipli raketlər və Ukraynaın F-16-na dəstək üçün lazım olan digər avadanlıqlar daxil ediləcək ", - deyə Ostin mətbuat konfransında bildirib.