Son dəqiqə

ABŞ Yəmən

ABŞ Yəmənə hava zərbələri endirib

Bakı, TurkicWorld

Amerika Birləşmiş Ştatları 2025-ci ildə ilk dəfə olaraq Yəmənin "Ənsər Allah" hərəkatına aid Husi üsyançı qüvvələrinin mövqelərinə hava zərbələri endirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Silahlı qüvvələrinin mərkəzi kommandanlığı (CENTCOM) bəyanat yayıb.

"Bu zərbələr Mərkəzi Komandanlığın, İranın dəstəklədiyi husilərin regional tərəfdaşları, regiondakı hərbi və dəniz gəmilərini təhdid etmək cəhdlərinin qarşısını almaq üzrə səylərinin bir hissəsidir", - komandanlığın bəyanatında bildirilir.

Həmçinin qeyd olunur ki, son zərbələr o cümlədən ABŞ hərbi dəniz qüvvələrinə təhdid yaradan obyektlərə endirilib.

Qeyd edək ki, bir müddət öncə husi üsyançıları Britaniya və ABŞ hava qüvvələrinin Yəmənin paytaxtı Sənaya və Əmran əyalətinin şimalına aviazərbələr endirdiyini bildirmişdi.

Mövzuya görə xəbərlər