Bakı, TurkicWorld
Meksika Prezidenti Klaudiya Şeynbaum, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Meksika Körfəzinin adını “Amerika Körfəzi” olaraq dəyişdirmək təklifinə yumoristik bir cavab verib.
TurkicWorld xəbər verir ki , Milli Sarayda keçirilən gündəlik mətbuat brifinqində, Şeynbaum, Trampın Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirmək istədiyini açıqlayıb.
Şeynbaum, Trampın bu fikrinə “Gəlin, Şimali Amerikaya da Meksika Amerikası deyək” - deyə reaksiya verib.
“Meksika Körfəzi 1607-ci ildən bəri beynəlxalq səviyyədə tanınır. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmi olaraq qəbul edilən bir ad var. Bəs niyə Şimali Amerikaya 'Meksika Amerikası' demirik? Yaxşı səslənir, elə deyil?" - deyə o, qeyd edib.
Trampın Meksikanı hədəf alan açıqlamalarına da toxunan Şeynbaum, "Dünən prezident Tramp, ona yanlış məlumat verildiyini söylədi. Meksika xalqı tərəfindən idarə olunur və biz burada demokratiyamızı gücləndirməyə davam edirik" - deyə vurğulayıb.
Qeyd edək ki, Meksika Körfəzi, Amerika qitəsinin kəşfi sonrası, ispan kəşfiyyatçıları tərəfindən xəritələndirilmiş və 16-cı əsrin əvvəllərində bu adla tanınmağa başlanmışdır. O vaxtdan bəri beynəlxalq xəritələrdə bu ad istifadə olunur.