Bakı, TurkicWorld
Livanda iki ildir davam edən prezident seçkiləri böhranından sonra Baş Qərargah rəisi Cozef Aun parlamentdə keçirilən səsvermədə yeni prezident seçilib.
TurkicWorld xəbər verir ki, Livanın yeni prezidenti Livan parlamentində keçirilən 13-cü prezident seçkiləri sessiyasının ikinci turunda seçilib.
İlk turda heç bir nəticə əldə olunmayan səsvermənin ikinci turunda Baş Qərargah rəisi Avn 99 səs toplayıb. 18 nəfər etibarsız, 9 nəfər bitərəf, 2 nəfər başqa namizədə səs verib.
Ölkə qanunlarına görə, namizədin prezident seçilə bilməsi üçün 128 yerlik parlamentdə səslərin ən azı üçdə ikisinin səsini almalıdır. Bu, 86 səsə uyğundur.
Aun sessiyanın birinci turunda 71 səs toplayıb.
Qeyd edək ki, Prezident seçkiləri, Livanın 2019-cu ildən bəri yaşadığı dərin iqtisadi böhran, sosial gərginlik və siyasi çıxılmaz vəziyyətin sonu ola biləcəyi ilə bağlı ümid yaradıb. Çünki, prezident postunun boş qalması, ölkədə hökumət formalaşdırma və beynəlxalq yardımları qəbul etmə proseslərini də ləngidirdi.