Son dəqiqə

ABŞ

ABŞ meşə yanğınları iqtisadiyyata böyük zərbə vurur

Bakı, TurkicWorld

Kaliforniya ştatında güclü küləklərin təsiri ilə yayılan meşə yanğınlarının ABŞ iqtisadiyyatına böyük zərər vuracağı bildirilir.

TurkicWorld xəbər verir ki , qlobal hava proqnozu xidməti AccuWeather-in açıqlamasına əsasən, yanğınlar nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard dollar arasında olması gözlənilir.

Los-Ancelesin Sakit Okean Palisades bölgəsində başlayan yanğınlar quru hava şəraiti və külək səbəbindən sürətlə genişlənərək təxminən 3 min hektar ərazini külə çevirib.

Bu səbəbdən, bölgədə yaşayan sakinlər üçün təxliyə əmri verilib.

Kaliforniya qubernatoru Gavin Newsom, yanğınla mübarizə səylərinin davam etdiyini vurğulayıb və Los-Ancelesdə fövqəladə vəziyyət elan edib.

Yanğın nəticəsində Los-Ancelesin Sakit Okean Palisades, Hurst, İton və Vudli bölgələrində 2 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.

Mövzuya görə xəbərlər