Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcək

Bakı, TurkicWorld

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunuldu.

Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını dedi.

Mövzuya görə xəbərlər