Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev İran hakimiyyətinə: Azərbaycandan kim üzr istəyəcək?

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ərdəbil şəhərinin mollasının Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr istifadə etməsinə toxunub.

TurkicWorld xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

"Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondadır ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı o özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir? Biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox? Və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox? İranın Xarici İşlər Nazirliyinin açıqlaması, təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub, həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə, canlı yayım gedən zaman. Və sadəcə təəssüf? Bu, əlbətdə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir".

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər