Son dəqiqə

Prezident İlham Əliyev

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verib

Bakı, TurkicWorld

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, hadisə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm.

Həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"

Mövzuya görə xəbərlər