Son dəqiqə

Türkiyə TBMM

Türkiyədə üç partiya birləşəcək

Bakı,TurkicWorld

Türkiyədə Gələcək, Səadət və DEVA partiyaları birləşəcək.

TurkicWorld xəbər verir ki, yeni qurulacaq partiyanın adının Yeni Yol olması gözlənilir.

Hər bir partiya Gələcək, Səadət və DEVA partiyalarından 13 təsisçi müəyyən edəcək və beləliklə, 39 və ya 40 nəfər yeni partiyanın təsisçisi olacaq. Yeni qurulan partiyanın sədri kimi deputat olmayan şəxs müəyyənləşəcək.

Digər tərəfdən, yeni partiyanın yaranmasına baxmayaraq, Səadət, Gələcək və DEVA partiyaları hüquqi şəxslərin fəaliyyətini davam etdirəcək.

Yeni partiya yaradıldığı zaman Səadət, Gələcək və DEVA partiyalarından olan millət vəkilləri Türkiyə Böyük Millət Məclisi Başkanlığına yeni partiyada siyasi fəaliyyətlərini davam etdirmək istədiklərini və beləliklə, yeni partiya qrupu ilə bağlı ərizə təqdim edəcəklər və Türkiyə Böyük Millət Məclisində fəaliyyətə başlayacaq.

Mövzuya görə xəbərlər