Bakı, TurkicWorld
Aramsız hücumlar və uzun müddətdir davam edən blokada səbəbindən ağır şərtlər altında yaşayan Qəzza sakinləri qida böhranı ilə üz-üzədir.
TurkicWorld xəbər verir ki, Türkiyə Afet və Acil Durum İdarəsi Başkanlığı (AFAD) bölgədəki ərzaq çatışmazlığını yüngülləşdirmək məqsədilə Qəzzada yaşayan Fələstinlilərə yardım kampaniyası həyata keçirib.
Kampaniya çərçivəsində un və digər əsas ərzaq məhsulları ehtiyacı olan ailələrə paylanılıb.
Türkiyənin göndərdiyi yardımlar Qəzzanin orta hissəsində yerləşən Nuseyrat Mülteci Kampında, Birləşmiş Millətlərin UNRWA (Filistinli Mültecilərə Yardım və Bayındırlık Ajansı) paylama mərkəzində bölüşdürülüb. Yardımlardan faydalanmaq istəyən çox sayda Fələstinli uzun növbələr yaradaraq mərkəzə toplaşıb.
Qeyd edək ki, Qəzzada yaşayan Fələstinlilər blokada səbəbindən ağır iqtisadi və humanitar böhran yaşayır. Elektrik, su və qida təminatında ciddi çətinliklər mövcuddur. Ərzaq böhranı xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli vəziyyət yaradıb.