Son dəqiqə

Türkiyə TAI (Türk Aviasiya və Kosmos Sənayesi)

ANKA-nın L-UMTAS ilə güc nümayişi

Bakı, TurkicWorld

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan ANKA pilotsuz uçuş aparatı, ROKETSAN-ın istehsalı olan L-UMTAS raketi ilə 15 min fut məsafədən hədəfi yüksək dəqiqliklə vurub.
TurkicWorld xəbər verir ki , bu uğurlu atışın təfərrüatları TUSAŞ-ın X hesabında paylaşılıb.

Müdafiə Sənayesi Başçısı Haluk Görgün, ANKA-nın L-UMTAS raketi ilə hədəfi dəqiq vurmasını, yerli və milli müdafiə sənayesinin gücünü bir daha nümayiş etdirdiyini bildirib. Görgün, bu uğurun mühəndisdən texnikə qədər hər kəsin əzmli və fədakar əməyinin nəticəsi olduğunu ifadə edərək, "TUSAŞ və ROKETSAN işçilərini, Müdafiə Sənayesi Başkanlığımızın dəyərli personalını, sənayeçilərimizi ürəkdən təbrik edirəm. Bu əhəmiyyətli uğurda əməyi olan mühəndislərlə birlikdə Türkiyənin müdafiə qabiliyyətini inkişaf etdiririk və güclü addımlarla gələcəyə doğru gedirik," deyə qeyd edib.

Qeyd edək ki, ANKA-nın İnkişafı və Əməliyyat Bacarığı ANKA, 30 dekabr 2010-cu ildə ilk uçuşunu etmiş və 2017-ci ildə inventarlaşdırılaraq, öz kateqoriyasında dünyanın ən yaxşı əməliyyat sistemlərindən birinə çevrilib. Bu pilotsuz uçuş aparatı, təhlükəsizlik qüvvələrinin kəşfiyyat, müşahidə, hədəf aşkarlanması və izlənməsi ehtiyaclarını qarşılayır və əlverişsiz hava şəraitində belə gecə-gündüz real vaxt rejimində görüntü kəşfiyyatı təmin edir.

ANKA-nın inkişaf prosesində bir çox alt sistem yerli və milli səviyyədə istehsal edilib. Bu prosesin mühüm mərhələlərindən biri isə milli mühərrik inteqrasiyası idi. TUSAŞ Engine Industries Inc. (TEI) tərəfindən hazırlanmış TEI-PD170 mühərrikləri ANKA-ya uğurla inteqrasiya edilib.

Mövzuya görə xəbərlər