Bakı, TurkicWorld
Türkiyə silahlı qüvvələri Suriyada PKK silahlılarına qarşı mümkün əməliyyatlarla əlaqədar hərbi hazır vəziyyətə gətirilib.
TurkicWorld xəbər verir ki, bu barədə türk KİV-ləri hökumətdən olan mənbəyə istinadən məlumat yayıb.
"Suriyanın yeni hökumətindən terrorçu qruplaşmalara qarşı lazımı ölçülərin götürülməsini tələb edən rəsmi Ankara istənilən ssenarilərə hazırlaşmağa davam edir", - məlumatda qeyd olunur.
Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib ki, rəsmi Ankara Suriyada olan PKK-çılara ultimatum göndərib və onlar bu xəbərdarlığa məhəl qoymayacaqları təqdirdə Türkiyə Suriyada hərbi əməliyyatlar keçirə bilər.