Son dəqiqə

Türkiyə Suriya Ali Yerlikaya

Son bir ayda 52 mindən çox suriyalı öz ölkələrinə qayıdıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya Türkiyədəki 52 min 622 suriyalının Baas rejiminin devrilməsindən sonra bir ay ərzində ölkələrinə qayıtdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

Yerlikaya açıqlamasında “Suriyalı qardaşlarımızın üzünə təkcə sərhəd qapılarımızı deyil, həm də qəlbimizin qapılarını açmışıq. Çünki tariximiz və mədəniyyətimiz bizdən ehtiyacı olanlara üz tutmağı deyil, onlara əl uzatmağı tələb edir. Bu gündən etibarən 2 milyon 880 min suriyalı var. Onların ləyaqətli və təhlükəsiz qayıdışı davam edir.”- deyə bildirib.

Qeyd edək ki, dekabrın 8-də Heyət Təhrir əş-Şam (HTŞ) başçılıq etdiyi müxalif qruplar Dəməşqə nəzarəti ələ keçirmişdi. Keçmiş prezident Bəşər Əsəd isə Suriyanı tərk edərək, Rusiyaya qaçmışdı.

Yeni administrasiya isə beynəlxalq ictimaiyyətdən Suriyaya qarşı sanksiyaların ləğvini tələb edir. Lakin ABŞ və Avropa ölkələri yeni hökumətin idarəçiliyə yanaşmasını izləmək niyyətindədirlər.

Mövzuya görə xəbərlər