Bakı,TurkicWorld
ANKA-nın L-UMTAS raketi ilə hədəfi dəqiq vurması yerli və milli müdafiə sənayemizin gücünü və gəldiyi nöqtəni bir daha nümayiş etdirir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün X sosial media hesabında açıqlama verib.
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən yerli pilotsuz uçuş aparatı ANKA, Roketsan tərəfindən istehsal edilən L-UMTAS raketi ilə 15 min fut yüksəklikdən hədəfini tam dəqiqliklə vurub.
Açıqlamada ANKA-nın 15 min futdan hədəfi tam dəqiqliklə vurduğuna diqqət çəkilərək, həmin anların görüntüsü paylaşılıb.
"Bu, sadəcə bir atış deyil, millətimizin inancının, əzminin və qüdrətinin səmadakı gücüdür. Biz nailiyyətimizlə fəxr edirik ki, bu da bizim mühəndislik qabiliyyətimizə böyük sübutdur. Biz yerli və milli texnologiyamızın gücü ilə daha da yüksəlməyə davam edirik",- deyə Görgün bildirib.
ANKA’nın L-UMTAS füzesiyle hedefi tam isabetle vurması, yerli ve milli savunma sanayimizin gücünü ve geldiği noktayı bir kez daha ortaya koyuyor. Bu başarı, mühendislerimizden teknisyenlerimize, sanayicilerimizden alt yüklenicilerimize kadar herkesin azimli ve özverili… https://t.co/FLzmJ6dxFG
— Prof. Dr. Haluk Görgün (@halukgorgun) January 9, 2025