Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Əl-Əqsa məscidinin imamı Şeyx Əkrəmə Səbri ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Külliyesində Əl-Əqsa Məscidinin İmamı Şeyx Əkrəmə Səbrini qəbul edib.

TurkicWorld xəbər verir ki,görüş zamanı Qüdsdəki Əl-Əqsa Məscidinin qorunması, Fələstin xalqının hüquqları və bölgədə artan gərginlik mövzuları müzakirə edilib.

Qeyd edək ki, Prezident Ərdoğan iki gün əvvəl Prezident Külliyesində İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Məsrur Bərzanini də qəbul etmişdi. Həmin görüşdə əsas müzakirə mövzusu Türkiyə-İraq Kürdüstanı münasibətləri, enerji əməkdaşlığı və bölgədəki təhlükəsizlik məsələləri olub.

Mövzuya görə xəbərlər