Son dəqiqə

Türkiyə

Antalyaya uçan Qazaxıstan təyyarəsi Aktauya məcburi eniş etdi

Bakı, TurkicWorld

Qazaxıstanda "Air Astana" aviaşirkətinə məxsus təyyarə Aktau aeroportuna məcburi eniş edib.

TurkicWorld-in xəbərinə görə, bu haqda "Tengri Travel" şirkətinin mətbuat xidməti yerli KİV-ə məlumat verib.

Bildirilib ki, təcili eniş etməli olan sərnişin təyyarəsi Almatı-Antalya hava reysi ilə uçub.

"Yanvarın 8-də KC915 reysi ilə Almatı-Antalya istiqamətində uçan Airbus A321 təyyarəsi, yerli vaxtla 08:35-də aeroportdan qalxıb. Texniki səbəblərə görə, təyyarə Aktau aeroportuna məcburi eniş etməli olub, eniş ştat rejimdə həyata keçirilib. Məcburi enişə səbəb mərkəzi çəlləyin yanacaq sisteminin qoruyucu klapanı olub", - məlumatda deyilir.

Məlumatda hava reysinin yanvarın 9-a ertələndiyi bildirilir.

Mövzuya görə xəbərlər